Müsahibə verən çempiona yaxınlaşdı, zərbə endir - Kütləvi davanın VİDEOsu

12:20 Hadisə 52
Müsahibə verən çempiona yaxınlaşdı, zərbə endir -  Kütləvi davanın VİDEOsu

Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov UFC-nin sabiq çempionu Merab Dvalişviliyə hücum edib.

Sportinfo.az xəbər verir ki, hadisənin görüntülərini UFC döyüşçüsü İliya Topuriya “X” sosial şəbəkəsində paylaşıb.

Kadrlarda Nurməhəmmədovun müsahibə verən Dvalişviliyə yaxınlaşaraq ona zərbə endirdiyi görünür. Videonun davamında isə kütləvi dava görüntüləri yer alıb.

Topuriya paylaşımında Nurməhəmmədovu və onun tərəfdarlarını sərt tənqid edib:

“Siz hamınız qorxaqsınız və etdiklərinizə görə cavab verməli olacaqsınız. Siz hər şey ola bilərsiniz, amma əsl kişi deyilsiniz”.

Daha sonra Topuriya paylaşımını silib.

Dvalişvili daha əvvəl Usman Nurməhəmmədovun dostları ilə birlikdə onu döydüyünü iddia edib.

Oktyabrın 24-də Əbu-Dabidə keçirilən UFC 333 turnirində Dvalişvili rusiyalı Pyotr Yana hakimlərin yekdil qərarı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!