UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda bir-birinə rəqib olan "Vikinq" və "Sabah" ilə bağlı əsas statistik məlumatları və faktları dərc edib.
Sportinfo.az xəbər verir ki, məqalədə bunlar qeyd olunub:
"Həmçinin, hər iki klub ilk dəfədir ki, digər ölkəni təmsil edən rəqiblə üz-üzə gəlir. Diqqətçəkən məqam odur ki, "Sabah" turnirdəki son üç səfər oyununda məğlub olub.
"Bayquşlar"ın avrokuboklardakı son 15 matçının heç biri heç-heçə ilə başa çatmayıb (9 qələbə, 6 məğlubiyyət). Bundan əlavə, komandanın UEFA bayrağı altında keçirdiyi 25 oyunun heç birində qolsuz heç-heçə qeydə alınmayıb.
Digər tərəfdən, Çempionlar Liqasında debüt mövsümünü keçirən "Vikinq" turnirdəki ilk qələbəsini qazanmağa çalışır (indiyədək 1 heç-heçə, 2 məğlubiyyət). "Vikinq"in avrokuboklarda keçirdiyi son yeddi ev oyununun hər birində azı üç qol vurulub.
Daha bir maraqlı detal: "Vikinq"in futbolçusu Erik Botheym daha əvvəl "Malmö"nün heyətində çıxış edərkən, 2024/2025-ci il mövsümündə UEFA Avropa Liqasında "Qarabağ"a qarşı keçirilən oyunda (2:1) iki qola imza atmışdı".
