Azərbaycan millisinə Rusiyadan 18 yaşlı futbolçu dəvət olundu - FOTO

01:50 Milli komanda 46
Azərbaycan millisinə Rusiyadan 18 yaşlı futbolçu dəvət olundu - FOTO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, Rusiyanın “Kosmos Ximki” futbol komandasının üzvü Can Naibov U-21 yığmasının düşərgəsinə qoşulub.

2008-ci il fevralın 28-də anadan olan futbolçunun boyu 184 santimetrdir.

18 yaşlı Naibov daha əvvəl Moskva “Dinamo”sunun U-17 komandasında olub. O, 2026-cı ildə “Kosmos Ximki”nin heyətinə keçib.

Qeyd edək ki, Azərbaycan U-21 millisi noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Komandamız noyabrın 14-də və 17-də Omanın U-23 yığması ilə iki yoldaşlıq oyununda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!