Fərid Namazovun “İmişli”dən ayrılmasından sonra I Liqada “Şahdağ Qusar”ın baş məşqçisi olan Füzuli Məmmədovun da Premyer Liqaya qayıtmaq üçün hərəkətə keçdiyi bildirilir.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Məmmədov şəxsən “İmişli”nin prezidenti Kamran Eyyubov ilə əlaqə saxlayaraq, öz namizədliyini irəli sürüb.
Lakin “İmişli” rəhbərliyinin cavabı hələlik müsbət olmayıb. Məmmədova qış fasiləsinə qədər gözləməsi tapşırılıb.
Aranlılar hazırda Ervins Perkonsa şans vermək, eyni zamanda digər əcnəbi mütəxəssislərin namizədliklərini də nəzərdən keçirmək niyyətindədir.
Bu ilin iyulunda Fərid Namazovun köməkçisi kimi işə başlayan latviyalı hələlik komandanı 5 oyuna çıxarıb.
Premyer Liqada çıxdığı 4 matçda 7 xal toplayan baltkalı məşqçi ölkə kubokunda da ikinci təsnifat mərhələsini adlayıb. İmişlilər burada “Qaradağ Lökbatan“ı 4:1-lə mübarizədən kənarlaşdırıb.
Perkonsun taleyinə dekabrın üçüncü yarısında aydınlıq gələcək.
Elitada ikinci mövsümünü keçirən əyalət kollektivi qarşıdakı müddətdə daha 10-12 xal toplaya bilsə, o, mövsümün ikinci yarısında da sükan arxasında dayanacaq. Necə deyərlər, onun perspektivi əldə edəcəyi nəticələrdən asılıdır.
Füzuli Məmmədov ötən mövsümü Premyer Liqada keçirib. 2025-ci ilin noyabrından 2026-cı ilin iyununadək "Karvan-Yevlax"ı çalışdırıb.
Mövsümü 15 xal sonuncu pillədə başa vuran Yevlax təmsilçisi Premyer Liqanı tərk edib.
SPORTİNFO.AZ
