Azərbaycan millisinin debütantı Lorenzo Mezzotero klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
18 yaşlı hücumçu “Sampdoriya”nın son matçlarındakı performansı ilə diqqət mərkəzinə düşüb.
Mezzotero yüksəlişi sayəsində artıq B Seriyası komandasında əsas heyət üzvünə çevrilməyi bacarıb. Hətta “Entella” ilə görüşdə ilk qolunu da vurub.
Mezzotero hətta əsas millimizin qarşıdakı oyunları üçün də ilk dəfə dəvət edilib. Həmkarlarımızın iddiasına görə, forvard İtaliya A Seriyası klublarının diqqətini cəlb etməyi bacarıb.
Bu çıxışı davam etdirəcəyi təqdirdə, onun növbəti mövsümü daha iddialı klubda keçirməsi gözlənilir.
Çünki A Seriyasından bir neçə klub forvardı bu mövsüm izləmək qərarına gəlib. Onların arasında hətta İtaliya nəhənglərinin də olduğu vurğulanıb.
Lorenzo Mezzoteronun “Sampdoriya” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

