Bu gün II Liqada 10-cu tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə 3 matç keçiriləcək.
"Difai" "Zəngəzur"u, "Şəki" "Dinamo"nu, "Şirvan" isə "Marafon"u qəbul edəcək.
"Şirvan" - "Marafon" matçının ötən gün oynanılması planlaşdırılsa da, görüş əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
“Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan OİK stadionu, 14:00
“Difai” – “Zəngəzur”
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Palms Sports Futbol Mərkəzi” (IV meydança), 14:00
“Şəki” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 15:00
