Azərbaycan millisinin və “Sampdoriya”nın forvardı Lorenzo Mezzoteronun zədəsinin ciddi olmadığı ehtimal edilir.
Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttomercatoweb” nəşri məlumat yayıb.
Həmçinin oxuyun: Azərbaycan millisinin heyətində dəyişiklik edildi
Bildirilib ki, 18 yaşlı hücumçu B seriyasında “Karrareze” ilə keçirilən son çempionat matçında ayağının üst hissəsinə aldığı zərbə nəticəsində zədələnib.
Futbolçunun vəziyyəti yaxın saatlarda əlavə müayinələrdən sonra qiymətləndiriləcək. Lakin “Sampdoriya”da ilkin təəssüratlar müsbətdir. Klubda zədənin ciddi olmadığı düşünülür.
Bununla belə, zədə Mezzoteronun Azərbaycanın əsas millisinin heyətində ilk dəfə çıxış etmək imkanını təxirə salıb.
AFFA noyabrın 9-da Mezzoteronun zədə səbəbindən millinin heyətindən çıxarıldığını açıqlayıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski yığmaya dəvət olunub.
