La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi - Joze Mourinyo

10:20 İspaniya 57
La Liqada oktyabr ayının ən yaxşı məşqçisi seçildi - Joze Mourinyo

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis səsvermədə “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratstso və “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni qabaqlayıb.

Mourinyonun rəhbərlik etdiyi “Real” oktyabr ayında La Liqada keçirdiyi hər üç oyunda qələbə qazanıb.

Madrid təmsilçisi “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!