Akim Zedadkanın “Sabah”ın heyətində parlaq çıxışı İspaniya mətbuatında maraqla qarşılanıb.
Sportinfo.az xəbər verir ki, əlcəzairli müdafiəçinin uğurlu oyunu “Saraqosa” amilini gündəmə gətirib.
Belə ki, Zedadkanın “Sabah”da özünü doğrultmasını ön plana çəkən həmkarlarımız yolu “Saraqosa”dan keçən futbolçuların sonradan Azərbaycanda özlərini yaxşı tərəfdən göstərməyi bacardıqlarını bildiriblər.
“Saraqosa”nın 3 sabiq futbolçusu hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparır.
“Zirə”də çıxış edən Giorgi Papunaşvili və “Kəpəz”in formasını geyinən Dioqo Verdaska 2017-2019-cu illərdə “Saraqosa”da komanda yoldaşı idilər.
Papunaşvili saraqosalıların heyətində 61 oyunda 13 qol, 3 assistlə yadda qaldı. Verdaska isə komanda yoldaşından 1 matç artıq keçirdi, 3 qola imza atdı.
Onlar ilk mövsümlərdində “Saraqosa”nı Sequndada 3-cü sıraya daşıdılar. Zedadka burada bir neçə ay qalsa da, sonrakı karyerası daha parlaq oldu.
Çünki Çempionlar Liqasında “Mançester Yunayted”, “Borussiya” (Dortmund) kimi klublarla qarşılaşıb, indi də “Barselona” ilə matça hazırlaşır.
Görünür, “Saraqosa” formasını geyinmiş futbolçular Azərbaycan klubları üçün düşərli və faydalı olurlar”.
Akim Zedadka 2024-cü ildə qısa müddət “Saraqosa”nın formasını geyinib.
