Çempionluq savaşında dövrənin çempionu - Bu, fantastikadır!

21:20 Premyerliqa 241
Çempionluq savaşında dövrənin çempionu - Bu, fantastikadır!

Premyer Liqanın ilk dövrəsi başa çatdı.

Geridə qalan 11 tur komandaların hansı məqsədlər uğrunda mübarizə aparacağına dair müəyyən təxminlər verdi.

Çempionluq uğrunda mübarizənin “Neftçi”, “Sabah”, “Qarabağ” və “Turan Tovuz” arasında gedəcəyinə şübhə yeri yoxdur.

“Zirə” də iddiasını göstərməkdədir. Lakin reallığı nəzərə alsaq, “qartallar” ən yaxşı halda avrokuboklara vəsiqə uğrunda çalışacaq.

Çempionatın ən çox maraq doğuran qarşılaşmaları məhz bu komandalar arasında baş tutan oyunlar idi. Beş kollektivin şəxsi duellərində üstünlük nümayiş etdirənlər bunun nəticəsini mayda görəcək.

Madam ki, məqam yaranıb, iddialıların öz aralarındakı görüşlərin nəticələrinə diqqət yetirmək və çempionluğa namizədlərin ilk dövrədəki simvolik çempionunu müəyyənləşdirmək yerinə düşər.

Turan Tovuz 4 3 1 0 6-3 10

Turan Tovuz – Zirə - 1:0

Neftçi – Turan Tovuz – 1:1

Turan Tovuz – Sabah – 3:2

Qarabağ – Turan Tovuz – 0:1

Sabah 4 1 2 1 7-3 5

Sabah – Zirə - 5:0

Neftçi – Sabah - 0:0

Sabah – Qarabağ – 0:0

Turan Tovuz – Sabah – 3:2

Zirə 4 1 1 2 2-7 4

Zirə - Neftçi – 1:0

Sabah – Zirə - 0:5

Zirə - Qarabağ – 1:1

Turan Tovuz – Zirə - 1:0

Neftçi 4 0 3 1 4-5 3

Zirə - Neftçi – 1:0

Neftçi – Sabah – 0:0

Qarabağ – Neftçi – 3:3

Neftçi – Turan Tovuz – 1:1

Qarabağ 4 0 3 1 4-5 3

Zirə - Qarabağ – 1:1

Qarabağ – Neftçi – 3:3

Sabah – Qarabağ – 0:0

Qarabağ – Turan Tovuz – 0:1

Göründüyü kimi, “Turan Tovuz” iddialı rəqibləri ilə oyunlarda ən yaxşı nəticə göstərən komandadır. Hətta bir qədər irəli gedib buna fantastik nəticə də deyə bilərik.

Bölgə təmsilçisi bu matçlarda uduzmayan yeganə kollektivdir.

Bölgə təmsilçisi bütün oyunlarda qol vuran yeganə kollektivdir.

Bölgə təmsilçisi öz qapısından ən az top buraxan (3) iki komandadan biridir.

Çempionatın qarşıdakı iki dövrəsində futbol ictimaiyyətini olduqca maraqlı və gərgin mübarizənin gözləyəcəyinə şübhə yeri yoxdur. “Turan Tovuz” ortabab komandalarla görüşlərdə xal itirmək şakərindən əl çəksə, çempionluq sevdası reallaşa bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti