“Kəpəz”in Mərkəzində məşqçilik kurslarına start verildi

03:00 Kəpəz 54
“Kəpəz”in Mərkəzində məşqçilik kurslarına start verildi

“Kəpəz” Təlim-Məşq Mərkəzində AFFA-nın C kateqoriyalı məşqçilik kursları başlanıb.

Sportinfo.az xəbər verir ki, kurslara “Kəpəz” PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir.

“Kəpəz” Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə tutor (məsləhətçi) funksiyasını yerinə yetirir.

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb.

Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. “C” kateqoriyası almağı arzulayanlar arasında “Kəpəz” Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var.

Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə 4 moduldan ibarət kursların yekununda fərqlənənlər müvafiq kateqoriyaya sahib çıxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!