“Neftçi” axtardığını burada tapdı - “Gözaltı” etdikləri yerdə nə iş görəcəklər?

14:40 Neftçi 70
“Neftçi” axtardığını burada tapdı - “Gözaltı” etdikləri yerdə nə iş görəcəklər?

«Neftçi» yeni torpaq axtarışına çıxıb.

Klubun nümayəndələri Bakıətrafı qəsəbə və kəndlərdən bir neçəsinə baş çəkib.

Mərdəkanda bir neçə hektar boş ərazini «gözaltı» ediblər. Bu yerlə bağlı danışıqlar baş tutsa, böyük akademiya salınacaq.

Dörd-beş meydançanın yaradılması, azyaşlı futbolçuların qalması üçün otel tipli binanın tikintisi plandadır.

Məlumunz olsun ki, paytaxt təmsilçisinin rəhbərliyi Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq mərkəzi ilə bağlı mühüm qərar verib.

Həmin qərara əsasən, sözügedən baza sırf əsas və əvezedici komandanın istifadəsində olacaq. Bir də burada klubun idarəetmə aparatı fəaliyyət göstərəcək.

Yenilik bu gün-sabah tətbiq olunmayacaq. Proses 2 il ərzində icra ediləcək.

Bu müddətdə akademiya sözügedən məkanda qalacaq, daha sonra isə başqa yerə köçürüləcək. Həmçinin burada başqa komandaların istifadəsinə - məşq və oyun keçməsinə məhdudiyyət qoyulacaq.

Müasir tələblərə tam cavab verən təlim-məşq bazası 2 il öncə komandanın tam ixtiyarına verilib.

"Palms Sports" Futbol Mərkəzi adlanan bazada 6 mərtəbədən ibarət inzibati binada klubun əməkdaşlarının fəaliyyət göstərməsi üçün ofislər, futbolçuların yaşaması, qidalanması, tibbi müayinə və bərpa prosesi keçməsi üçün bütün imkanlar yaradılıb.

Təlim-məşq bazasının ərazisində hazırda beynəlxalq standartlara cavab verən 3 təbii otdan, 1 üstü açıq, 1 ədəd isə qapalı süni meydança artıq futbolçuların ixtiyarına verilib.

Hazırda "Neftçi"nin əsas və aşağı yaşlardan ibarət bütün komandaları məşqlərini burada edirlər. Həmçinin əvəzedici və akademiya komandaları rəsmi oyunlarını da baza ərazisində fəaliyyət göstərən meydançalarda keçirirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti