“Neftçi”dəki macar: “Yaxşı nəticə əldə etmək üçün addım-addım irəliləyirik”

00:30 Neftçi 70
“Neftçi”dəki macar: “Yaxşı nəticə əldə etmək üçün addım-addım irəliləyirik”

“Yaxşı nəticə əldə etmək üçün addım-addım irəliləyirik.

Bu mövsüm stabil çıxış edirik. Düşünürəm ki, yaxşı heyətə və güclü komandaya sahibik.

Hər oyuna ciddi hazırlaşırıq. Əsas hədəfimiz çempion olmaqdır və bunu ürəkdən istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin legioneri Alen Şkribek deyib.

Macarıstanlı yarımmüdafiəçi “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbəni də dəyərləndirib:

“Çətin oyun oldu. Bizi məhz belə qarşılaşmanın gözlədiyini bilirdik. “Kəpəz” yaxşı oynadı, biz də öz oyunumuzu nümayiş etdirməyə çalışdıq.

Matçın böyük hissəsi meydanın mərkəzində mübarizə şəraitində keçdi. Mənim üçün sevindirici məqam qol vurmağım, komanda üçün isə üç xal qazanmağımız oldu.

Bu qələbə sayəsində liderliyimizi qoruyub saxladıq”.

Şkribek vurduğu qolun ona verdiyi motivasiyadan da söz açıb:

“Qol vurmaq hər zaman xoş hissdir. Bir neçə oyundur fərqlənə bilmirdim, buna görə də bu qol özünəinamım baxımından da önəmlidir.

Lakin ən vacib məqam komandamızın qələbə qazanmasıdır. Üç xal əldə etməyimiz məni daha çox sevindirir”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!