“Bayern” “Şalke”nin qapıçısı Loris Kariusun xidmətində maraqlıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 33 yaşlı kiperin təcrübəsini yüksək qiymətləndirir.
Onun son oyunlardakı çıxışı da klub rəsmilərinin diqqətini çəkib. Qolkiper Münhen klubunun transfer siyahısına daxil etdiyi əsas namizədlərdən biridir.
Kariusun “Şalke” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər qüvvədədir. O, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb, 11 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb. Bu oyunlardan biri məhz “Bayern”ə qarşı olub.
