"Turan" Çempionlar Liqasının qrup mərhələsində!

20:20 Voleybol 48
"Turan" Çempionlar Liqasının qrup mərhələsində!

Qadın voleybolçulardan ibarət "Turan" bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş "Turan"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib.

Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazanaraq CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti