Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, doğma arenasında “Kəpəz”i 1 qolla üstələyən “Neftçi” (1:0) gəncəlilər üzərində qələbə seriyasını 4 oyuna yüksəldib.
Bölgə təmsilçisi artıq ilyarımdır ki, “ağ-qaralar”dan xal ala bilmir. Həmçinin “Neftçi”ni 10 ildir səfərdə məğlub edə bilməyən “Kəpəz”in uğursuz seriyası davam edib.
Gəncəlilər 10 ərzində Bakıdakı son 12 matçın 4-də 1 xalla kifayətlənib, 8 dəfə isə meydanı xalsız tərk edib.
