“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın əsas millisinə ilk dəfə dəvət alması ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, o, Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında uzun müddətdir bu anı gözlədiyini bildirib:
“Bu, mənim üçün çox məsuliyyətli məqamdır. Çünki Ukrayna millisinə ilk dəfə dəvət alıram.
Buna çox sevindim, uzun müddətdir bu anı gözləyirdim. Bunun həm mənim, həm də ailəm üçün necə böyük sevinc olduğunu anlayıram.
Bu anın hər saniyəsindən zövq almaq istəyirəm. Dəvət mənim üçün bir qədər gözlənilməz oldu.
Amma sən həmişə bu şansı gözləyirsən, bunun üçün yaşayırsan, oynayırsan.
Düşünürəm ki, baş məşqçi məni milliyə çağırıbsa, deməli, bu dəvətə layiq olmuşam".
