Ardıcıl üçüncü dəfə dünya çempionu oldular - FOTO

08:00 Digər növlər 63
Ardıcıl üçüncü dəfə dünya çempionu oldular - FOTO

Azərbaycanın batut gimnastikasının tamblinq növü üzrə kişilərdən ibarət yığması ardıcıl üçüncü dəfə dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, komandamız Çinin Nankin şəhərində keçirilən dünya çempionatında bu uğura imza atıb.

Komandalararası yarışın finalında ölkəmizi Tofiq Əliyev, Mixail Malkin, Adil Hacızadə və Aleksey Karataşov təmsil ediblər.

Azərbaycan gimnastları həlledici mərhələdə 25 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar.

Yığmamız ən yaxın izləyicisi Danimarkanı bir xal qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!