Seneqalda daha iki qızıl medal qazandı - Azərbaycan komandası

07:10 Digər növlər 39
Seneqalda daha iki qızıl medal qazandı - Azərbaycan komandası

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, çimərlik güləşi üzrə yarışlarda Elgün Kərimli və Tunar Quliyev çempion olub.

Quliyev 70 kq, Kərimli isə 90 kq çəki dərəcəsində rəqib tanımayıb. Nihad Süleymanlı (80 kq) isə gümüş mükafat əldə edib.

Yarışda daha əvvəl cüdoçumuz İbrahim Talıbov (55 kq) qızıl medala sahib çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!