Liqada ilk dövrənin son turunun oyun vaxtları açıqlandı

04:50 Basketbol 56
Liqada ilk dövrənin son turunun oyun vaxtları açıqlandı

Azərbaycan Basketbol Liqasında (ABL) yeddinci turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ilk dövrənin son turunun qarşılaşmaları noyabrın 14-16-da Bakı və Sumqayıtda keçiriləcək.

Tura noyabrın 14-də “Sabah” - “Neftçi” oyunu ilə start veriləcək. Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Noyabrın 15-də “LANDAU Lions” və “Gəncə” üz-üzə gələcəklər. Milli Gimnastika Arenasında təşkil olunacaq görüşün başlama saatı 14:00-dır.

Noyabrın 16-da isə iki qarşılaşma keçiriləcək. NTD Bakı İdman Sarayında “Naxçıvan”ı, “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Ordu”nu qəbul edəcək. Hər iki oyun saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!