Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, baş tutan oyunlar bəzi seriyaların davamına, bəzi tilsimlərin isə qırılmasına səbəb olub.
Bu tur üz-üzə gələn cütlüklər arasındakı görüşlərdə qeydə alınan maraqlı statistik məqamları diqqətinizə çatdırırıq:
– Öz meydanında “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olan “Qarabağ”ın tovuzlular önündə uğurlu seriyası qırılıb. Bununla ağdamlıların həm qələbə, həm də qol seriyasına son qoyulub.
Komanda həm “Turan Tovuz”la son 4 oyunda qələbə qazanmışdı, həm də 5 matç idi qol vurmuşdu. Qərb təmsilçisi hər iki sindromu eyni anda qırıb.
Tovuzlular 2025-ci ilin yanvarından bəri Ağdam komandası önündə xala həsrət idi. Qərblilər 2 ildən sonra isə ilk dəfə qapısının toxunulmazlığını qoruyub.
Maraqlıdır ki, “Turan Tovuz” “Qarabağ”ı tarixi ərzində 3 dəfə məğlub edib ki, hər üç qalibiyyət səfər qarşılaşmasına təsadüf edib.
