“Biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik”

02:10 Turan 62
“Biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik”

“Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Turan Tovuz”un portuqaliyalı yarımmüdafiəçisi Xorxe Silvanın səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 11-ci tur matçından sonra deyib.

– Oyun barədə təəssüratlarınız necədir?

– Çox çətin oyun idi, o cümlədən komanda da çətin idi. Lakin düşünürəm ki, biz yaxşı müdafiə olunduq, həmişə əks hücumlara keçirdik. Bu komanda ilə fəxr edirəm, bu gün etdiklərimizlə qürur duyuram.

– Bu, sizin ardıcıl ikinci qələbənizdir. Premyer Liqada ikinci qələbənizi qazandınız. Bu oyundan əvvəl isə çətin rəqiblərdən biri olan ‘Sabah’ı məğlub etdiniz. Bu iki qələbədən sonra özünüzü necə hiss edirsiniz?

– Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir. Çünki biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik. Bu, bizim üçün çox önəmlidir.

– Sizcə, bu qələbə çempionluq mübarizəsinə qoşulmaq şanslarınızı artırırmı?

– Biz hər oyuna və hər günə mübarizə əzmi ilə yanaşırıq. Mövsümün sonunda nəyə nail olacağımızı görəcəyik.

– Çempionluq mübarizəsində bu oyun sizə növbəti oyunlarda motivasiya verəcək?

– Biz hər zaman motivasiyalı oluruq, hər oyuna yüksək əhval-ruhiyyə ilə çıxırıq. İndi isə oyundan-oyuna baxacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!