DÇ-2026-da parlayan qapıçı bu ölkədə çempion oldu

00:00 Dünya futbolu 52
DÇ-2026-da parlayan qapıçı bu ölkədə çempion oldu

Çili çempionatında mövsümün qalibi vaxtından əvvəl bəlli olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kolo-Kolo” komandası sona üç tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.

Komanda “Nyublense” üzərində 2:1 hesablı qələbə qazanaraq qızıl medalları təmin edib.

Kabo-Verde millisinin DÇ-2026-da parlaq çıxışı ilə tanınan qapıçısı Vozinya da “Kolo-Kolo”nun heyətində çıxış edir. O, çempionluğu rəsmiləşdirən matçda da meydana çıxıb.

Oyunun son saniyələrində vacib seyvlə yadda qalan qolkiper bundan dərhal sonra final fitinin səslənməsinin şahidi olub. Beləliklə, “Kolo-Kolo” Çili çempionu adını qazanıb.

Vozinya cari mövsümdə Çili çempionatında 5 oyuna çıxıb, 4 qol buraxıb və bir matçda qapısını toxunulmaz saxlayıb. O, Kabo-Verde hüdudlarından kənarda ilk dəfə titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!