Maaş və transferlərə rekord məbləğ xərcləyəcək - “Real”

00:20 İspaniya 108
Maaş və transferlərə rekord məbləğ xərcləyəcək - “Real”

“Real” 2026/27 mövsümündə futbolçuların maaşlarına və transfer xərclərinə klub tarixində rekord məbləğ ayıracaq.

Sportinfo.az “2Playbook”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu məqsədlə 707 milyon avro büdcə nəzərdə tutub.

Bu məbləğ PSJ-nin xərcləri ilə təxminən eyni olsa da, “Real”ın tarixində ən yüksək göstəricidir. Bildirilir ki, indiyədək heç bir klub bir mövsüm ərzində idman fəaliyyətinə bu qədər vəsait ayırmayıb.

Həmin məbləğin təxminən 40 milyon avrosu basketbol komandasına, 8,5 milyon avrosu isə qadın futboluna sərf olunacaq.

Proqnozlara əsasən, “Real”ın mövsüm üzrə gəlirləri rekord həddə – 1 milyard 405 milyon avroya çatacaq.

Beləliklə, maaş və transfer xərcləri əsas fəaliyyət üzrə gəlirlərin 57 faizini, ümumi gəlirlərin isə 50 faizini təşkil edəcək. Bu göstəricilər UEFA-nın maliyyə tələblərinə uyğundur.

Klubun xalis mənfəətinin 14,2 milyon avro olacağı gözlənilir. Müqayisə üçün, ötən mövsüm bu göstərici 26,3 milyon avro təşkil edib.

“Real”ın borc öhdəlikləri illik müqayisədə 3 faiz azalaraq 1,4 milyard avroya düşüb. Borcun böyük hissəsi “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması ilə bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!