Premyer Liqa oyununda Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edildi

08:10 Zirə 63
Premyer Liqa oyununda Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edildi

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Zirə" – "Qəbələ" oyununda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı, "Zirə" və "Qəbələ"nin dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər.

Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.

Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!