“O, dinləyib ruhlanacağın, çıxışından güc alacağın bir insan da deyil”

14:20 Sabah 67
“O, dinləyib ruhlanacağın, çıxışından güc alacağın bir insan da deyil”

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç ölkəsi Polşada yutub kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı sol cinah oyunçusu Polşa millisi ilə bağlı fikirlərini bölüşüb.

O, Polşa millisinin soyunub-geyinmə otağındakı liderlərdən danışıb. Onun fikrincə, Kamil Qlik komandanın əla motivatoru olub.

Puxaç millinin lideri Robert Levandovskinin xüsusi natiqlik qabiliyyətinin olmadığını etiraf edib. O, bu baxımdan Kamil Qliki fərqləndirib:

“Bəzi futbolçular var ki, ən vacib məqamlarda məsuliyyəti öz üzərlərinə götürürlər. Robert Levandovski də bunu edirdi.

Levandovski xüsusi natiq deyil. Onu dinləyib ruhlanacağın, çıxışından güc alacağın bir insan da deyil.

Kamil Qlik isə tamamilə fərqli idi. Qlik danışmağa başlayanda özümüzü sanki 10 santimetr daha hündür hiss edirdik və topa çatmaq üçün bir neçə metr daha yaxın olduğumuzu düşünürdük”.

Polşa yığması UEFA Millətlər Liqasının son iki turu çərçivəsində noyabrın 14-də Rumıniya, 17-də İsveçlə qarşılaşacaq. Timoteuş Puxaç da həmin görüşlər üçün milliyə çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti