AFFA-dan GÖZƏL XƏBƏR aldılar - Bu klublara hər ay pul veriləcək

20:00 Futzal 69
AFFA-dan GÖZƏL XƏBƏR aldılar - Bu klublara hər ay pul veriləcək

AFFA futzal ailəsini sevindirib.

Federasiya bu mövsümdən etibarən Yüksək Liqada çıxış edəcək klublara ilk dəfə malliyə yardımı göstərəcək.

Hər bir iştirakçıya aylıq 5000 manat ödəniləcək.

Bu isə özlüyündə mühüm hadisədir. Çünki çempionata qatılan komandalar indiyədək belə dəstək almayıb.

Növbəti ölkə birinciliyi bu ay ərzində start götürəcək. Yarışda minimum 8 komanda yarışacaq.

Keçən sezonda liqaya 6 kollektiv qatılıb. “Şuşa“ maliyyə çətinliyinə görə çıxışını yarımçıq dayandırıbsa, “Araz-Naxçıvan” 20-ci çempionluğunu qeyd edib. “Neftçi” gümüş, “Baku Fire” bürünc medallara yiyələnib.

Say artımı AFFA-nın köməyi ilə olub. Belə ki, federasiya mənsubları bir sıra klubların rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirərək, onları Yüksək Liqaya qoşulmağa razı salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti