“Neftçi”nin üç qat çempiomu “Futbol Masası”na əyləşdi, ŞOK AÇIQLAMALAR verdi! - VİDEO

16:00 Sportinfo TV 77
“Neftçi”nin üç qat çempiomu “Futbol Masası”na əyləşdi, ŞOK AÇIQLAMALAR verdi! - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol Masası” verilişinin növbəti buraxılışı işıq üzü görüb.

Proqramın aparıcısı Həbib Aslanovun budəfəki qonağı Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, “Neftçi” ilə üç dəfə ölkə çempionu, iki dəfə Azərbaycan Kubokunun qalibi olmuş Cavid İmamverdiyevdir.

Türkiyədə legioner həyatı yaşamağa imkan tapan 36 yaşlı futbolçu hazırda karyerasını II Liqada çıxış edən “Ağstafa Gəncləri”ndə davam etdirir. O, eyni zamanda Region Liqasında mübarizə aparan “Ağsu City” komandasının baş məşqçisidir.

Açıq sözlülüyü ilə seçilən İmamverdiyev verilişdə maraqlı açıqlamaları ilə diqqət çəkib.

Peşəkar futbolçu karyerasını erkən bitirməsinin səbəbini deyib, uşaq futbolunda üzləşdiyi problemləri dilə gətirib, Azərbaycanın ən güclü yarımmüdafiəçisi hesab etdiyi futbolçunun adını çəkib.

Səbəbkar I Liqanın bombardiri Dileyn Açimi ilə bağlı şok faktı da bölüşüb.

Bununla yanaşı, II Liqada mövcud olan problemlərə toxunaraq klublara ayrılan maliyyə vəsaitinin artırılmasının, ödənişlərin daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.

Bir sözlə, uzun müddətdir efirlərdə görünməyən Cavid İmamverdiyev “Futbol Masası”nda kifayət qədər səmimi, maraqlı və müzakirə doğuracaq fikirləri ilə yadda qalıb.

“10 nömrə”nin açıqlamalarını əhatə edən verilişin yeni buraxılışını izləməyi unutmayın.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti