“Nyukasl”ın sabiq baş məşqçisi Eddi Hou karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.
Sportinfo.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisə “Kristal Pelas”ın baş məşqçisi olmaq təklif edilsə də, o, bundan imtina edib.
Hou qısa fasilədən sonra məşqçiliyə qayıtmağa hazırdır, lakin daha ciddi təklif gözləyir. Məşqçi “Mançester Yunayted”dən təklif almağa ümid edir.
“Qırmızı şeytanlar” isə onu mümkün baş məşqçi namizədlərinin siyahısına daxil edib.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
