Quliyev UEFA-dan təyinat aldı - Avropa çempionatı üçün

03:20 Bizimkilər 40
Quliyev UEFA-dan təyinat aldı - Avropa çempionatı üçün

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.

O, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, 14-də Şimali Makedoniya - San Marino, 17-də isə San Marino - Macarıstan qarşılaşmalarında iş başında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!