“Barselona”ya məxsus olan və hazırda icarə əsasında “Liverpul”da çıxış edən Ronald Arauxonun gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi uruqvaylı müdafiəçinin gələcəyi ilə bağlı yekun qərar verməyə tələsmir.
Klub mövsümün sonunadək gözləməyi, bundan sonra isə futbolçunu 55 milyon avroya birdəfəlik transfer etmək hüququndan istifadə edib-etməyəcəyinə qərar verməyi planlaşdırır. “Liverpul”da Arauxonun çıxışından razı qaldıqları, ancaq tələsmək istəmədikləri bildirilir.
27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
