Azərbaycan komandası Olimpiya çempionu oldu - FOTO

02:40 Digər növlər 56
Azərbaycan komandası Olimpiya çempionu oldu - FOTO

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandamız çempion olub.

Sportinfo.az xəbər verir ki, komandamızın üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıblar.

Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.

Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub.

Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!