“Lion”un yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi məlumat yayıb.
43 yaşlı mütəxəssis Karlos Visenslə anlaşma əldə olunub.
Son olaraq “Braqa”da işləyən məşqçi bu postda Paulo Fonsekanı əvəzləyib.
“Lion” Liqa 1-də 17 xalla 5-ci pillədə qərarlaşıb.
