İşləri pis gedən Premyer Liqa klubu baş məşqçini vəzifəsindən azad etmək niyyətindədir

12:20 İngiltərə 36
İşləri pis gedən Premyer Liqa klubu baş məşqçini vəzifəsindən azad etmək niyyətindədir

“Mançester Yunayted” baş məşqçi Maykl Karriklə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi yaxın vaxtlarda 45 yaşlı mütəxəssisi vəzifəsindən azad etmək niyyətindədir.

Klub rəsmiləri hələ yekun qərarın verilmədiyini bildirsələr də, yeni baş məşqçi axtarışları artıq geniş şəkildə davam edir. Dəyişikliyin noyabrın 22-də “Liverpul”la keçiriləcək növbəti oyuna qədər baş tutacağı gözlənilir.

“Mançester Yunayted” bazar günü “Aston Villa” ilə qarşılaşmada 4:4 hesablı heç-heçə edib. Komanda 10 turdan sonra 8 xalla Premyer Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!