“Trabzonspor” Bakıya gəldi

03:50 Basketbol 58
“Trabzonspor” Bakıya gəldi

“Trabzonspor” basketbol komandası “Sabah”la oyun üçün Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, komandalar noyabrın 10-da Çempionlar Liqasının A qrupunun dördüncü turunda üz-üzə gələcəklər.

Tərəflərin Türkiyədə keçirilən ilk qarşılaşmasında “Trabzonspor” 100:83 hesabı ilə qalib gəlib.

“Sabah” qrupda keçirdiyi üç oyunda bir qələbə qazanıb və iki dəfə məğlub olub. “Trabzonspor”un isə iki qələbəsi və bir məğlubiyyəti var.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!