“Uydurmağı, məni ora-bura göndərməyi dayandırın!"

2 Oktyabr 2024 00:00 İtaliya 852
“Uydurmağı, məni ora-bura göndərməyi dayandırın!"

Mario Balotelli 3-cü liqa klubu ilə danışıqlar nəticəsində İspaniyaya gedə biləcəyi ilə bağlı şayiələri təkzib edib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı italiyalı hücumçu sosial şəbəkə hesabındakı paylaşımında şayiələri o qədər bəyənməyib ki, o da öz növbəsində mətbuata hücum etmək qərarına gəlib:

“Uydurmağı, məni ora-bura göndərməyi dayandırın! Sakit olun, müqavilə bağlananda hər şeyi biləcəksiz.

Siz jurnalistlər sadəcə yalan danışırsız. Onsuz da bezmişəm. Siz gülünc və dözülməz olmusuz”.

Balotellinin son klubu “Adana Dəmirspor” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2