Növbəti baş məşqçi istefası gerçəkləşdi - Qarşılıqlı razılıq əsasında

11 Fevral 2024 17:20 İtaliya 983
Növbəti baş məşqçi istefası gerçəkləşdi - Qarşılıqlı razılıq əsasında

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Salernitana" Filippo İnzagi ilə yollarını ayırıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Filippo İnzagi 2023-cü ilin oktyabr ayında "Salernitana"nın baş məşqçisi təyin olunmuşdu. Komanda A Seriyasında 24 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"