Yeni baş məşqçi Sərdarın geri qaytarılmasını istəmir

25 Yanvar 2024 18:40 İtaliya 1 133
Yeni baş məşqçi Sərdarın geri qaytarılmasını istəmir

"Roma"ya bir mövsümlük icarəyə verilmiş "Bayer"in (Leverkuzen) hücumçusu Serdar Azmun ən azı bu mövsümün sonuna qədər Romada qalacaq.

Sportinfo.az xəbər verir ki, Roma klubunun rəhbərliyi və xüsusən də komandanın baş məşqçisi Daniele De Rossi 29 yaşlı forvardın geri qaytarılmasını istəmir.

"Canavarlar"ın çalışdırıcısı iranlı hücumçunu komandanın önəmli oyunçularından biri hesab edir. İtaliya klubunun digər hücumçu Andrea Belotti ilə yollarını ayırmağa hazır olduğu qeyd edilir.

Bu mövsüm Azmun "Roma"nın heyətində bütün turnirlərdə 15 oyun keçirib, bir qol vurub, bir məhsuldar ötürmə edib.

Futbolçunun “Bayer”lə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"