“Fasiləyə 0:0 hesabı ilə çıxmaq ayıbdır” – Mourinyo YENƏ HİRSLƏNDİ

1 Yanvar 20:40 İtaliya 390
“Fasiləyə 0:0 hesabı ilə çıxmaq ayıbdır” – Mourinyo YENƏ HİRSLƏNDİ

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya çempionatının 18-ci turunda “Yuventus”la oyunda (0:1) məğlubiyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın çıxışından razı olduğunu bildirsə də, nəticə onu qane etməyib:

“Biz əslində oyunda hər kəsin gözlədiyindən daha çox şans yaratdıq. Fasiləyə 0:0 hesabı ilə çıxmaq ayıbdır.

Çünki birinci hissədə daha yaxşı oynadıq, topu dirəyə vurduq və üç-dörd dəfə həqiqətən təhlükəli vəziyyət yaratdıq. Qol vura bilmədik və qapımızda qol buraxdıq.

Mən oyuna strateji yanaşma tərzimizdən, komandamın göstərdiyi xarakterdən çox razıyam. Amma biz nəticə əldə edə bilmədik”.

“Yuventus” hazırda İtaliya çempionatının turnir cədvəlində 43 xalla ikinci yerdədir. “Roma” isə 28 xalla yeddinc pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti