72 milyon avroluq maaş təklifini qəbul etmədi - Hakan

29 Dekabr 2023 00:20 İtaliya 1 162
72 milyon avroluq maaş təklifini qəbul etmədi - Hakan

"İnter"in futbolçusu Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, türk yarımmüdafiəçi "Əl Hilal"ın təklifini rədd edib.

29 yaşlı orta xətt oyunçusu 4 illik müqavilə üçün 72 milyon avroluq maaşdan imtina edib. O, Avropada qalmağı üstün tutub.

Hakan Çalhanoğlu cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"