"Barselona"nın müdafiəçisi "İnter"in transfer hədəfində

24 Dekabr 2023 21:40 İtaliya 285
"Barselona"nın müdafiəçisi "İnter"in transfer hədəfində

"Barselona"nın müdafiəçisi Serxi Roberto "İnter"in hədəfinə çevrilib.

Sportinfo.az xəbər verir ki, yanvarın əvvəlində milanlılar futbolçu ilə azad agent kimi transferlə bağlı danışıqlar aparmağa çalışacaq.

Futbolçunun özü heç bir klubla ilkin müqavilə imzalamağa çalışmır.

O, 2024-cü ilin may ayına qədər "Barsa”dan yeni müqavilə təklifini gözləməyə hazırdır. Bu baş tutmasa, futbolçu Milana yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti