25 milyon avrodan çox pul tələb etməsə... ""Yuventus"a keçməyə hazırlaşır

12 Dekabr 2023 15:20 İtaliya 866
25 milyon avrodan çox pul tələb etməsə...

"Yuventus" qış "transfer pəncərəsi"ndə "Şaxtyor"un yarımmüdafiəçisi Georgiy Sudakovu heyətinə qatmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, Donetsk klubu 25 milyon avrodan çox pul tələb etməsə, 21 yaşlı ukraynalının Turin klubuna keçidi reallaşacaq.

Amma "qoca sinyora" futbolçunu icarəyə götürməyi də nəzərdən keçirir.

Bu mövsüm futbolçu "Şaxtyor"un heyətində bütün turnirlərdə 17 oyun keçirib. Onun üç qol və bir məhsuldar ötürməsi var.

Bundan əvvəl futbolçunu "Arsenal”, “Benfika”, “Brayton" və "Çelsi"nin skautlarının izlədiyi bildirilirdi. Sudakovun özünün isə "Yuventus"a keçmək istəyindədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"