"Biz təzyiqi azaltmamalıyıq"

6 Dekabr 2023 15:40 İtaliya 782
"Biz təzyiqi azaltmamalıyıq"

“Milan”ın vingeri Rafael Leao hesab edir ki, komandanın bu mövsüm İtaliya çempionatını qazanmaq şansı hələ də var.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu xal itkilərinə yol verməməli olduqlarını bildirib:

“Mən çempion olacağımıza inanıram. Qarşıda uzun çempionat var.

Son matçda olduğu kimi, qalib gəlməliyik. Xal itkilərinə yol verməməliyik. Biz təzyiqi azaltmamalıyıq”.

Leao 2019-cu ildən “Milan”da çıxış edir və 2022-ci ildə klubu ilə İtaliya çempionluğunu qazanıb. Milan klubu hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"