Lider dəyişdi - VİDEO

2 Dekabr 2023 10:20 İtaliya 848
Lider dəyişdi - VİDEO

A Seriyasında 14-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında “Monza” “Yuventus”u qonaq edib.

Ev sahibləri qapılarından buraxdıqları iki topdan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:2.

Bu nəticədə “Qoca sinyora”ya oyun sayındakı üstünlük hesabına olsa belə, çempionatda liderliyə yüksəlməyə imkan verib.

Hazırda “Yuventus”un aktivində 33 xal var. “Monza” isə 18 xalla onuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM