“Atalanta”nın yarımmüdafiəçisi Nikola Zalevski İtaliya A Seriyasının aparıcı klublarının diqqət mərkəzindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Milan” və “Napoli” maraqlıdır.
“Atalanta”nın Zalevskinin satışından 35-40 milyon avro gəlir əldə etmək istədiyi bildirilir.
Polşalı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 3 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
Zalevski 2025-ci ilin avqustundan “Atalanta”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
