“Qalatasaray”ın sabiq vingeri ilə maraqlanır - Paytaxt təmsilçisi

4 Sentyabr 21:40 İtaliya 649
“Qalatasaray”ın sabiq vingeri ilə maraqlanır - Paytaxt təmsilçisi

“Mançester Yunayted”in və “Qalatasaray”ın sabiq vingeri Vilfrid Zaha karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun transfer variantını “Roma” nəzərdən keçirir.

Paytaxt klubunun baş məşqçisi Can Pyero Qasperini hücum xəttini gücləndirmək istəyir.

Zaha “Qalatasaray”dan ayrıldıqdan sonra azad agent statusundadır. Bu səbəbdən, “Roma” futbolçunu transfer haqqı ödəmədən heyətinə qata bilər.

Fil Dişi Sahilindən olan futbolçu son ilyarımı ABŞ-nin “Şarlott” klubunda icarə əsasında keçirib. O, 2026-cı ildə 13 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Roma” İtaliya A Seriyasının ilk iki turundan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM