Bu müdafiəçinin xidmətində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır - Amma satmırlar

15 Sentyabr 18:40 İtaliya 403
Bu müdafiəçinin xidmətində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır - Amma satmırlar

“Yuventus”un müdafiəçisi Pyer Kalulunun qış transfer dönəmində komandanı tərk etməyəcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Man United News” məlumat yayıb.

26 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır. Ancaq Turin klubunun yanvarda Kalulunu satmaq niyyətində olmadığı bildirilir.

Fransalı futbolçu cari mövsümdə İtaliya A Seriyasında 4 matçda meydana çıxıb. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir və “transfermarkt” dəyərini 32 milyon avro qiymətləndirir.

Kalulunun transferində maraqlı olan “Mançester Yunayted” UEFA Çempionlar Liqasının 1-ci turunda Azərbaycan çempionu “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib