Yay də problemin aradan qalxmasına kömək etmədi – Dprd ay meydanlardan kənar qalacaq

15:40 İtaliya 104
Yay də problemin aradan qalxmasına kömək etmədi – Dprd ay meydanlardan kənar qalacaq

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam dizindən əməliyyat olunacaq.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bu gün Lion şəhərinə yollanacaq.

O, sabah diz üzrə mütəxəssis Bertran Sonye-Kottenin rəhbərliyi altında əməliyyat olunacaq. Fransalı həkim avqustun 31-də Türamı müayinə edib və əməliyyat olunmasını məsləhət görüb.

Buna səbəb futbolçunun ötən mövsümün sonlarında başlayan diz ağrılarının son aylarda da tam keçməməsidir. Konservativ müalicə və yay fasiləsi də problemin aradan qalxmasına kömək etməyib.

Türama patellofemoral ağrı sindromu (diz qapağı ətrafında yaranan ağrı) diaqnozu qoyulub. Bu, dizin ön hissəsində, diz qapağının ətrafında və ya altında ağrıya səbəb olan vəziyyətdir.

Türam “Yuventus”un bütün yoxlama oyunlarını buraxıb. O, A Seriyasının ilk turunda “Frozinone” ilə matçda (1:0) ehtiyat oyunçular skamyasına qayıtsa da, “Parma” ilə (2:0) oyunda meydana çıxmayıb.

Fransalı futbolçu və Turin klubunun məşqçilər heyəti problemin həlli üçün yeni yol axtarmaq qərarına gəlib. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra ən yaxşı variantın cərrahi müdaxilə olduğu qənaətinə gəlinib.

Bildirilir ki, Türamın ən azı 4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti