Almaniya təmsilçisinin bosniyalı hücumçusu ilə maraqlanır - “Milan”

16 Sentyabr 01:40 İtaliya 404
Almaniya təmsilçisinin bosniyalı hücumçusu ilə maraqlanır - “Milan”

“Ştutqart”ın hücumçusu Ermedin Demiroviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvardla “Milan” maraqlanır.

“Qırmızı-qaralar” Demiroviçi qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.

“Ştutqart” Bosniya və Herseqovinadan olan hücumçunun satışından ən azı 35 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Demiroviç cari Bundesliqa mövsümündə 3 oyunda meydana çıxıb və 1 qol vurub.

Onun “Ştutqart”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. “Transfermarkt” futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti