“Danışıqlarda heç bir problem olmayacaq, çünki özü qalmaq istəyir”

28 Noyabr 2023 00:00 İtaliya 278
“Danışıqlarda heç bir problem olmayacaq, çünki özü qalmaq istəyir”

“İnter”in baş direktoru Cüzeppe Marotta hücumçu Lautaro Martineslə müqavilənin mümkün uzadılması ilə bağlı vəziyyətdən danışıb.

Sportinfo.az xəbər verir ki, Marotta argentinalı forvardın komandada qalmaq istədiyini bildirib:

“Martines və onun agenti ilə yeni müqavilə ilə bağlı danışıqlar aparırıq. Eyni zamanda, özümüzü çox sakit hiss edirik.

Düşünürəm ki, danışıqlarda heç bir problem olmayacaq, çünki Martines “İnter”də qalmaq istəyir”.

26 yaşlı futbolçu 2018-ci ildə “Rasinq”dən (Argentina) “İnter”ə keçib və onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti